- Transfer
- 23:54 22.11.2024
Avropanın bir sıra klublarının maraq dairəsində olan “Lille”nin futbolçusu Nicolasa Pepe, yayda Fransa klubundan ayrılacaq.
Corner.az xəbər verir ki, bu barədə klubun prezidenti Jerar Lopes yerli mətbuata açıqlamasında deyib: “Yayda 4-5 futbolçu klubdan ayrılacaq. Onlardan biri də Pepedir. Biz onu yüksək məvaciblə klubda saxlaya bilmərik. Özü seçimini edəcək”.
Qeyd edək ki, Pepe ilə Barcelona, Bayern Munich, PSG və Arsenal klubları maraqlanır. Almaniya və Fransa mətbuatı isə Pepenin “Bayern” ilə razılaşdığını iddia edir.