- Transfer
- 23:54 22.11.2024
Mövsümün sonunda “Bayern Munich”dən ayrılacaq Franck Riberyə yeni təkliflər var.
Corner.az xəbər verir ki, Qətər və Avstraliya klubları 36 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə Almaniyanın “Kicker” nəşri məlumat yayıb.Qətər təmsilçisi “Əl Sədd”in Ribery ilə danışıqlara başladığı bildirilir. “Əl Sədd”də “Barcelona”nın keçmiş üzvü Xavi Hernandes də forma geyinir.
Avstraliyadan da bir klubun fransalı futbolçuya təklif göndərdiyi iddia edilir.
Qeyd edək ki, Ribery, mövsümün sonunda Münhen klubundan ayrılacağını açıqlayıb.