7 aprel 2026. Çərşənbə axşamı

Roman Abramoviç Çelsi'ni satır


  • Transfer
  • 23:45 01.03.2022
  • Oxunma sayı: 3632
Roman Abramoviç Çelsi'ni satır

Rusiyalı iş adamı Roman Abramoviç sahibi olduğu İngiltərənin "Çelsi" klubunu satmağa hazırlaşır.

Corner.az "The Telegraph"a istinadən xəbər verir ki, 55 yaşlı funksioner London klubunu satmaq üçün bu həftə bir neçə təklif alacaq və o təklifləri nəzərdən keçirəcək. Lakin Abramoviçə həftə sonunadək tətbiq oluna biləcək mümkün sanksiyalar müqavilə bağlanmasına mane ola bilər.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Roman Abramoviçin Böyük Britaniyaya girişinə qadağa qoyulub. Abramoviç bu səbəbdən "zadəganlar"ın idarəçiliyini London klubunun Xeyriyyə Fonduna təhvil verib.

Qeyd edək ki, Roman Abramoviç Premyer Liqa təmsilçisini 2003-ci ildə satın alıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi