17 dekabr 2025. Çərşənbə

PSJ-dən Mbappeyə yeni müqavilə


  • Transfer
  • 10:58 02.03.2022
  • Oxunma sayı: 181
PSJ-dən Mbappeyə yeni müqavilə

Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeyə yeni müqavilə təklif edib.

Corner.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, Paris klubu 23 yaşlı hücumçunun bu ilin yayında başa çatacaq sözləşməsinin müddətini 2024-cü ilədək uzatmaq niyyətindədir.

Fransalı futbolçu yeni müqaviləyə razılıq verdiyi təqdirdə 100 milyon avro bonus qazanacaq. Yeni müqavilə şərtlərinə əsasən, Mbappenin illik məvacibi 50 milyon avro olacaq.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Futbolçunun yayda İspaniya "Real Madrid"inə keçəcəyi gözlənilir.







Transfer