- Transfer
- 20:17 05.12.2025
"Bayern Munich"in prezidenti Uli Hoeness PSG-nin futbolçusu Kylian Mbappeni transfer etmək istədikləri bağlı yayılan iddialara açıqlama verib.
Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Hoeness, fransalı hücumçunu almaq üçün kifayət qədər pullarının olmadıqlarını deyib: "İmkanım olsa, Mbappeni bu dəqiqə alaram.O, həqiqətən əla futbolçudur. Ancaq Mbappeni ala biləcək pulumuz yoxdur".
Qeyd edək ki, Mbappenin PSG ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.