7 aprel 2026. Çərşənbə axşamı

Murad Musayev Rusiya klubunu çalışdıracaq? - AÇIQLAMA


  • Transfer
  • 15:03 03.03.2022
  • Oxunma sayı: 170
Murad Musayev Rusiya klubunu çalışdıracaq? - AÇIQLAMA

"Sabah" rusiyalı baş məşqçisi Murad Musayev yenidən "Krasnodar"ı çalışdıra bilər. Bu barədə "Championat.comxəbər yayıb.

Bildirilib ki, 38 yaşlı mütəxəssis danışıqlar üçün Bakını tərk edib.

Məsələnin nə dərəcədə doğru olduğunu öyrənmək üçün "tələbələr"in mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq.

Klub rəsmisi bunları dedi: "Krasnodar”da daha öncə baş məşqçi istefası gerçəkləşəndə də oxşar xəbərlər yayılmışdı. Murad Musayevin uzun müddət “Krasnodar”ın akademiyasında və əsas komandasında çalışmasını və müəyyən uğurlar qazanmasını nəzərə alsaq, hər dəfə bu klubda baş məşqçi ayrılığı yaşananda Rusiya mətbuatının bu cür iddia ilə çıxış etməsi başadüşüləndir. Ancaq klub daxilində belə bir məsələ müzakirə edilməyib. Murad Musayev şəxsi işləri ilə bağlı vətəninə gedib".

Qeyd edək ki, Musayev 2020/2021 mövsümündə bu klubu çalışdırıb.

Xatırladaq ki, dünən alman məşqçi Daniel Farke "Krasnodar"dan ayrılıb.(offside)







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi