“Barselona” klubu “Rasinq”in yarımmüdafiəçisi Pablo Torrenin transferi ilə bağlı razılığa gəlib. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi bu mövsüm hazırkı klubunda çıxış edəcək, yayda isə “Barselona”nın düşərgəsinə qoşulacaq.
Onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. Torrenin sərbəstqalma qiyməti 100 milyon avro məbləğində müəyyənləşdirilib.
“Barselona” ispan futbolçu üçün 5 milyon avro ödəyəcək. Bu məbləğ bonuslar hesabına 20 milyon avroya qədər artırıla bilər.
Torre əvvəlcə “Barselona”nın B komandasında çıxış edəcək.