11 may 2026. Bazar ertəsi

Mançester Yunayted'də büdcə azalacaq


  • Transfer
  • 17:54 06.03.2022
  • Oxunma sayı: 260
Mançester Yunayted'də büdcə azalacaq
İngiltərənin “Mançester Yunayted” klubunun transfer büdcəsini azala bilər.

Corner.az “The Telegraph”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, yeni futbolçulara təxminən 80 milyon funt-sterlinq xərcləməyi planlaşdırır. Əgər Mançester təmsilçisi ÇL-na vəsiqə əldə edə bilməsə, komandanın yay transferləri üçün büdcəsi 50 milyon funt-sterlinqə qədər azalacaq.
 
“Mançester Yunayted” hazırda Premyer Liqada 27 oyundan sonra 47 xalla 4-cü yerdədir.
 
“Qırmızı şeytanlar” bu gün saat 20.30-da “Mançester Siti” ilə qarşılaşacaq.






Transfer