3 avqust 2026. Bazar ertəsi

Özbəkistan klubu Rivaldonu məhkəməyə verdi


  • Transfer
  • 15:28 08.03.2022
  • Oxunma sayı: 176
Özbəkistan klubu Rivaldonu məhkəməyə verdi

Özbəkistanın “Bunyodkor” klubu Braziliya millisi və "Barselona"nın keçmiş futbolçusu Rivaldodan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

Corner.az xəbər verir ki, bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb. Şikayətin səbəbi 49 yaşlı sabiq futbolçunun Daşkənd təmsilçisi ilə müqaviləni vaxtından əvvəl pozması olub. Məsələyə bu il iyunun 8-də baxılacaq.

2008-ci ildə “Bunyodkor”la 14 milyon avro dəyərində 2 illik müqaviləyə qol çəkən Rivaldo, 2010-cu ilin may ayında sözləşməyə birtərəfli şəkildə xitam verərək, klubdan ayrılıb.







Transfer