11 may 2026. Bazar ertəsi

Mbappe'nin qərarını gözləyirik


  • Transfer
  • 17:14 08.03.2022
  • Oxunma sayı: 143
Mbappe'nin qərarını gözləyirik

PSJ-nin baş məşqçisi Maurisio Poçettino hücumçu Kilian Mbappenin klubdan ayrılmaq qərarına gəlməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, 23 yaşlı futbolçunun hələ qərar vermədiyini deyib:

“Başa düşürəm ki, media xəbər yaymalıdır. Mbappe hazırda dünyanın ən yaxşı futbolçularından biridir. O, bizim oyunçumuzdur və ümid edirik ki, uzun müddət bizimlə qalacaq. Mbappe hələ qərar verməyib”.

Mbappenin yayda Madrid “Real”ına keçəcəyi gözlənilir







Transfer