- Transfer
- 23:59 06.04.2026
Almaniyanın "Borussiya Dortmund" klubunun hücumçusu Erlinq Halann "Mançester Siti"yə keçməyə çox yaxındır.
Corner.az "Daily Mail"ə istinadən xəbər verir ki, "şəhərlilər" 21 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Klubun norveçli futbolçu sözləşmə imzalamaq üçün maliyyə imkanlarında da razılıq əldə etdiyi bildirilib.
Qeyd edək ki, Erlinq Halann cari mövsüm Almaniya Bundesliqasında 14 matçda iştirak edib, 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ildə başa çatmalıdır.