7 aprel 2026. Çərşənbə axşamı

Çelsi onu komandada saxlayır


  • Transfer
  • 15:27 14.03.2022
  • Oxunma sayı: 250
Çelsi onu komandada saxlayır

İngiltərənin "Çelsi" klubu yayda "Barselona"ya keçməyi gözlənilən futbolçusu Sezar Aspilikueta ilə müqavilənin müddətini uzadacaq.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, London təmsilçisi 33 yaşlı müdafiəçinin sözləşməsindəki yeniləmə bəndindən istifadə edəcək.

Böyük Britaniya hökumətinin klubun sahibi Roman Abramoviçə tətbiq etdiyi sanksiyalara görə, "zadəganlar"a yeni oyunçu almaq qadağan olunub. Klub bu səbəbdən əlindəki futbolçuları saxlamaq üçün çalışır əks halda komanda dağıla bilər. "Çelsi" klubu müqaviləsə sona çatan Andreas Kristensen kimi digərlərinin getmələrinə mane ola bilməzlər amma Aspilikuetada olduğu kimi digər futbolçularə əlində saxlamaq məcburiyyətindədir.

Qeyd edək ki, ispan futbolçu 2012-ci ildən "Çelsi"nin formasını geyinir. 







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi