- Transfer
- 23:59 06.04.2026
Səudiyyə Ərəbistanı şirkəti İngiltərənin "Çelsi" klubunu ala bilər.
Corner.az yerli mətbuata istinadən xəbər verir ki, "Saudi Media Group" London klubunun sahib olmaq üçün 3,5 milyard ABŞ dolları məbləğində rəsmi təklif göndərib.
Şirkətin sahibi Məhəmməd Alkereyci "Çelsi" azarkeşidir. "Saudi Media Group"un yerli hökumətlə əlaqəsi yoxdur. Satış gerçəkləşəcəyi təqdirdə, klubda yeni titul sponsoru olacaq. Bu, ya Səudiyyə Ərəbistanının NEOM şirkəti, ya da yeni milli aviaşirkət olacaq.
Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.