4 iyul 2026. Şənbə

Abdullah Zubirin qardaşı Azərbaycan klubu ilə müqavilə bağladı


  • Transfer
  • 11:20 17.03.2022
  • Oxunma sayı: 176
Abdullah Zubirin qardaşı Azərbaycan klubu ilə müqavilə bağladı
“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirin qardaşı Tarek Zubir də bundan sonra Azərbaycanda çıxış edəcək. Corner.az xəbər verir ki, o, Birinci Divizionda çıxış edən “Zaqatala” klubuna transfer olub.
 
Bu barədə 27 yaşlı hücumçu sosial şəbəkə hesabında paylaşım edib. Təcrübəli forvard ona göstərilən etimada görə aşağı dəstə təmsilçisinə təşəkkürünü bildirib.
 
Bunadək futzalla məşğul olan Tarek Zubirin son klubu Gürcüstan "Rustavi"si olub.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır