"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, braziliyalı hücumçu Lukas Rangellə mövsümün sonuna kimi müqavilə bağlanıb.
27 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016/17), Avstriyanın “Kapfenberger” (2017/18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Demirspor” (2020/21) klublarında çıxış edib. Lukasın son klubu Ukrayna “Vorskla”sı (2021/22) olub.
Yeni transfer “Sabah”da 73 nömrəli formada çıxış edəcək.