22 aprel 2026. Çərşənbə

Braziliyalı hücumçu Sabah'a keçidinin səbəbini açıqladı


  • Transfer
  • 13:04 22.03.2022
  • Oxunma sayı: 134
Braziliyalı hücumçu Sabah'a keçidinin səbəbini açıqladı

"Sabah"ın yeni transferi Lukas Rangel Bakı klubunu seçməsinin səbəbini açıqlayıb.

Corner.az-ın məlumatına görə, 27 yaşlı hücumçu bir çox təklifə baxmayaraq, Azərbaycan təmsilçisinin onu daha çox istədiyini bildirib.

Braziliyalı forvardın sözlərinə görə, ailəsi və agenti ilə məsləhətləşdikdən sonra, "Sabah"ın dəvətini qəbul edib: "Çünki bu klub mövsümün son hissəsində məni heyətində görmək üçün daha çox istək nümayiş etdirdi".

Paytaxt təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayan Rangel yeni komandasında qısa müddətdə debüt edəcəyinə inandığını vurğulayıb: "Bunun üçün daha çox çalışmalıyam. Ən çox sevdiyim işə, futbola qayıtmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Lukas Rangel karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016/17), Avstriyanın “Kapfenberger” (2017/18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Demirspor” (2020/21) klublarında çıxış edib. Onun son klubu Ukrayna “Vorskla”sı (2021/22) olub.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro