- Transfer
- 23:59 29.11.2024
"Liverpul" yeni sözləşmə təklifini qəbul etməyən Məhəmməd Salahın yerini "Borussiya Dortmund"un futbolçusu Erlinq Haalandla gücləndirmək niyyətindədir.
Corner.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 29 yaşlı hücumçunu Dortmund klubunun 21 yaşlı futbolçusu Erlinq Haalandla əvəzləyəməyi planlaşdırır. Mersisayd təmsilçisinin yaxın günlərdə qarşı tərəflə danışıqlara başlayacağı bildirilir.
Misirli futbolçunun "Liverpul"la müqaviləsi 2023-cü ildə başa çatır.
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.