2 avqust 2026. Bazar günü

Liverpul'un hücumçusu Milan'da?


  • Transfer
  • 21:50 22.03.2022
  • Oxunma sayı: 212
Liverpul'un hücumçusu Milan'da?

"Liverpul" klubunun hücumçusu Divok Oriqi karyerasını İtaliyada davam etdirəcək.

Corner.az xəbər verir ki, bu barədə tanınmış italiyalı jurnalist Nikolo Skira məlumat yayıb.

O, 26 yaşlı futbolçunun "Milan"la anlaşdığını yazıb.

Belçikalı futbolçu yeni klubuna bu yay azad agenti qismində keçəcək. Onunla 4 illik müqavilə imzalanacağı gözlənilir. Oriqi yeni klubunda ilinə 3,5 milyon avro qazanacaq.







Transfer