- Transfer
- 23:59 29.11.2024
"Yuventus” klubunun baş direktoru Maurizio Arrivabene Paulo Dibala ilə bağlı açıqlama verib.
Corner.az xəbər verir ki, klub rəsmisi, 28 yaşlı hücumçunun “Yuventus”un gələcək planlarında yer almadığını bildirib.
"Duşan Vlahoviçin "Yuventus"a gəlişi klubun Paulo Dibalanın müqaviləsini yeniləməmək qərarında mühüm rol oynadı.Dibala artıq gələcək planlarımıza daxil deyil və biz onunla ayrılmaq qərarına gəldik.Duşanın gəlişi Dibala haqqında düşüncələrimizi dəyişdi. Komandanın texniki strukturu və "Yuventus"un layihələrində bəzi dəyişikliklər oldu. Bu dəyişikliklər Dibalanın yenilənməmiş müqaviləsini də əhatə edir."
Beləliklə, argentinalı futbolçu mövsümün sonunda azad agent statusu alacaq.
Qeyd edək ki, Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir.