22 aprel 2026. Çərşənbə

Dmitri Nazarov Bundesliqa klubundan ayrıla bilər


  • Transfer
  • 10:27 23.03.2022
  • Oxunma sayı: 165
Dmitri Nazarov Bundesliqa klubundan ayrıla bilər

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın "Ersgebirge" klubundan ayrıla bilər.

Corner.az-ın məlumatına görə, bu barədə Aue təmsilçisinin prezidenti Helge Leonhardt açıqlama verib.

63 yaşlı funksioner Nazarovla yanaşı, Klemens Fandrix, Syoren Qonter və Yan Hoxşaydtın da məsələləri açıq olaraq qaldığını bildirib: "Hər şeyi çox diqqətlə və kollektiv şəkildə dəyərləndirməliyik. Bura idman nəticələrinin qiymətləndirilməsi ilə yanaşı, ödəniş imkanı da daxildir".

 II Bundesliqa təmsilçisi 26 oyundan sonra 19 xalla 17-ci pillədə qərarlaşıb və aşağı dəstəyə düşməyə əsas namizədlərdən biridir. Bunu nəzərə alan klub rəhbərliyi heyətlə bağlı dəyişikliklər etməyi planlaşdırır.

Qeyd edək ki, Dmitri Nazarov 3 illik fasilədən sonra Azərbaycan millisinə dəvət alıb.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro