4 oktyabr 2026. Bazar günü

Bavariya 13 yaşlı futbolçu ilə anlaşdı


  • Transfer
  • 14:25 23.03.2022
  • Oxunma sayı: 187
Bavariya 13 yaşlı futbolçu ilə anlaşdı

Almaniyanın "Bavariya" klubu "Borussiya" (Mönxenqladbax) klubunun 13 yaşlı futbolçusu Mayk Uisdomla anlaşıb.

Corner.az "Sky Germany" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi gənc oyunçunun keçidi üçün 300 000 avro təzminat ödəyəcək.

Mayk "Bavariya"ya cari mövsümün sonunda qoşulacaq və hələlik U-14 komandasında çıxış edəcək.

Qeyd edək ki, "Bavariya" Bundesliqada 27 turdan sonra 63 xalla turnir cədvəlinə başçılıq edir.







Transfer