Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub. Corner.az verir ki, Sloveniyanın “Olimpiya” klubunun "sükan"ı 53 yaşlı mütəxəssisə tapşırılıb.
Xorvatiyalı mütəxəssis Lyublyana təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, son olaraq Türkiyənin “Dənizlispor” komandasını çalışdırıb.