- Transfer
- 23:59 06.04.2026
Braziliya millisinin sabiq futbolçusu Denilson de Oliveyra 44 yaşında karyerasını bərpa edib.
Corner.az-ın məlumatına görə, yarımmüdafiəçi ölkəsinin 7-ci liqasında çıxış edən "İbis"lə müqavilə imzalayıb.
Qeyd edək ki, Denilson de Oliveyra İspaniyada "Betis", Fransada "Bordo" klubunun formasını geyinib. O, son olaraq 2010-cu ildə Yunanıstan təmsilçisi "Kavala" ilə müqavilə imzalasa da, heç bir rəsmi görüşdə çıxış etməyib.
1996 - 2003-cü illərdə Braziliya yığmasına dəvət alan yarımmüdafiəçi 1997-ci ildə Amerika Kuboku ilə Konfederasiyalar Kubokunun və 2022-ci ildə dünya çempionatının qalibi olub