"Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Haland “Mançester Siti”nin təklifini rədd edib. Corner.az AS nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu “şəhərlilər”in həftəlik 600 min sterlinq təklifini geri çevirib.
Halandın hazırda “Real”dan təklif gözlədiyi bildirilir. O, bundan sonra yekun qərar verəcək. “Real”ın prezidenti Florentino Peres bu yay Halandın transferini bitirməkdə israrlıdır.
Xəbərdə, Peresin Benzema'nın yoxluğu təqdirində “Real”ın əsas rəqibləri ilə matçlarda çətinlik çəkəcəyini gördüyü üçün norveçli hücumçunun transferini reallaşdırmağa çalışdığı vurğulanıb. Haland ilə "Barselona"nın da maraqlandığı iddia olunur.
Halandın Dortmund klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na kimidir. O, bu mövsüm “Borussiya”da 23 oyuna çıxıb, 23 qol vurub, 6 məhsuldar ötürmə edib.