7 aprel 2026. Çərşənbə axşamı

İstanbul nəhəngi ulduz futbolçunu transfer edir


  • Transfer
  • 21:05 26.03.2022
  • Oxunma sayı: 164
İstanbul nəhəngi ulduz futbolçunu transfer edir

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Corner.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi hazırda Qətərin "Əl-Rayyan" komandasında çıxış edən Xames Rodriqeslə danışıqlar aparır. "Cim bom" ötən günlərdə Qətər təmsilçisindən ayrılmaq istədiyini açıqlayan 30 yaşlı yarımmüdafiəçini yay transfer dövründə sıralarına qatmağa çalışacaq. Kolumbiyalı futbolçunun sərbəstqalma məbləği isə 15 milyon avrodur.

Xameslə Cənubi Amerikanın Junior di Barranquilla klubu da yaxından maraqlanır.

Qeyd edək ki, Xames karyerası ərzində "Real", "Bavariya", "Everton" kimi klublarda oynayıb. O, ötən ildən "ƏI-Rayyan"da top qovur.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi