"Fulhem”in yarımmüdafiəçisi Fabio Karvalyo karyerasını "Liverpul"da davam etdirə bilər. Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı futbolçu ilə yaxından maraqlanır.
“Liverpul” portuqaliyalı futbolçunu yay transfer pəncərəsi zamanı uyğun təkliflə heyətinə qatacaq.
Karvalyo 2020-ci ildən “Fulhem”in əsas komandasında forma geyinir. O, Portuqaliyada anadan olsa da, İngiltərənin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib.