4 iyul 2026. Şənbə

Serbiyalı qapıçı rəsmən Roma'da


  • Transfer
  • 13:59 28.03.2022
  • Oxunma sayı: 157
Serbiyalı qapıçı rəsmən Roma'da

İtaliyanın "Roma" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Corner.az "Football-İtalia" nəşrinə istinadən xəbər verir ki, "canavarlar" Portuqaliyanın "Benfika" klubunun qolkiperi Mile Svilar ilə 5 illik müqavilə imzalayıb.

23 yaşlı qapıçı artıq paytaxt təmsilçisində tibbi müayinədən keçib. Sviların "Benfika" ilə müqaviləsi iyunun 30-da başa çatacaq. Buna görə də serbiyalı qapıçı "Roma"ya azad agent kimi keçəcək.

Qeyd edək ki, Mile Svilar "Benfika"nın əvəzedici komandasında 13 görüşdə meydanda olub.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır