29 iyun 2026. Bazar ertəsi

Fənərbaxça 10 futbolçusunu göndərir


  • Transfer
  • 12:25 20.04.2019
  • Oxunma sayı: 735
Fənərbaxça 10 futbolçusunu göndərir

“Fənərbaxça” klubu mövsümün sonunda bir neçə futbolçusuyla yolları ayırmağı planlaşdırır.

Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Carlos Kameni, Martin Skrtel, Roman Neustädter, Şener Özbayraklı, İsmayıl Köybaşı, Yassine Benzia, Tolqa Ciğerci, İslam Slimani və André Ayew ilə yollarını ayıracaq.

Roberto Soldado da yaxşı təklif gələcəyi təqdirdə, satılacaq. Komandanın digər hücumçusu Michael Freyin isə icarəyə göndəriləcəyi bildirilir.

Qeyd edək ki, “Fənərbaxça” Super Liqada 28 turdan sonra 33 xalla 14-cü sıradadır.







Transfer