4 iyul 2026. Şənbə

Arsenal'ın daha bir hücumçusu Barselona'nın hədəfində


  • Transfer
  • 10:52 01.04.2022
  • Oxunma sayı: 151
Arsenal'ın daha bir hücumçusu Barselona'nın hədəfində
“Arsenal”ın hücumçusu Aleksandr Lakazett karyerasını “Barselona”da davam etdirə bilər. Corner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Məlumatda, “Barselona”nın baş məşqçisi Xavinin 30 yaşlı futbolçunu transfer olunacaq potensial yeni futbolçuların siyahısına saldığı vurğulanıb. Artıq fransalı futbolçu “Arsenal”dakı keçmiş komanda yoldaşı Pyer-Emerik Obameyanqla mümkün keçidini müzakirə etdiyi də bildirilir. 

Lakazett “Arsenal”ın heyətində 199 oyuna çıxıb, 71 qol vurub və 36 məhsuldar ötürmə verib.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır