4 iyul 2026. Şənbə

Qarabağ'ın hücumçusu Norveç klubuna keçir?


  • Transfer
  • 10:55 01.04.2022
  • Oxunma sayı: 144
Qarabağ'ın hücumçusu Norveç klubuna keçir?
Norveçin “Volerenqa” klubunun idman direktoru Yorgen İngebriqtsen “Qarabağ”ın futbolçusu İbrahima Vadjini transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Corner.az xəbər verir ki, klub rəsmisi yerli mətbuata müsahibəsində 27 yaşlı hücumçunun xidmətində maraqlı olmadıqlarını bildirib.
 
O, ötən yay belə bir fikirlərinin olduğunu bildirsə də, hazırda ümumiyyətlə ön xətt oyunçusu almağı planlaşdırmadıqlarını vurğulayıb.
 
İbrahima Vadji “Qarabağ”a cari mövsümün əvvəlində Norveçin “Hauqesund” komandasından keçib. Seneqallı futbolçu  Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır