- Transfer
- 23:59 29.11.2024
Gürcüstanın "Dinamo" (Batumi) klubunun yeni transferi Xviça Kvaratsxeliya karyerasını İngiltərədə davam etdirə bilər.
Corner.az-ın "AreaNapoli"yə istinadən məlumatına görə, "Arsenal" 21 yaşlı yarımmüdafiəçinin transferi üçün "Napoli" ilə mübarizə aparır.
Neapol təmsilçisi X.Kvaratsxeliyanı heyətinə qatmağa əsas namizəd olsa da, London klubu da bu transferdə ciddidir. "Topçular" bir neçə aydır məlumatlar topladığı gənc futbolçunu hətta martda almağa hazır olduğu vurğulanıb. Lakin İngiltərə Premyer Liqasının rəhbərliyi Rusiya və Ukrayna klublarından oyunçular gətirməyə qadağa qoyduğu üçün bu transfer reallaşmayıb.
Bu səbəbdən, İngiltərə nəhəngi X.Kvararatsxeliyanı yayda almağı planlaşdırır. Klub rəhbərliyi gürcüstanlı futbolçunun transferini 15 milyon avrodan aşağı məbləğə gerçəkləşdirmək üçün danışıqlar aparır.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Batumi "Dinamo"suna Rusiyanın "Rubin" komandasından keçib. O, Kazan klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. X.Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.