7 aprel 2026. Çərşənbə axşamı

Prezident getməyim üçün məndən çox pul istədi


  • Transfer
  • 15:44 01.04.2022
  • Oxunma sayı: 136
Prezident getməyim üçün məndən çox pul istədi

Yerli mediada olan xəbərə görə, Türkiyə 2-ci Liqasında "Keçiörəngücü" ( Ankara ) forması geyinən Vüsal İsgəndərli komandadan ayrılamağa hazırlaşır.

Corner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Türkiyə və digər ölkələrdən təkliflər alıb.

İsgəndərli gələn təkliflər üçün bunları deyib:

"Təkliflər olduğu üçün getməyə qərar verdim. Həm də yüngül zədəm var idi, sağaltmaq istəyirdim. Qışda təkliflər olmuşdu, lakin prezident getməyim üçün məndən çox pul istədi. Buna görə də transfer baş tutmadı. İndi isə yayda komandadan ayrılmaq imkanım olduğuna görə, bir aylıq maaşımı klubdan almayacam və sənəd işlərimi həll edəcəm". (offsideplus)







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi