- Transfer
- 23:59 29.11.2024
Hazırda dünya futbolunun iki ulduz oyunçusu olan Kriştiano Ronaldo və Lionel Messi karyerasını ABŞ-da eyni klubda davam etdirə bilər.
Corner.az xəbər verir ki, hər iki hücumçu Devid Bekhemin sahibi olduğu "İnter" (Mayami) klubuna keçə bilər. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Məlumatda, sözügedən futbolçular karyeralarının qalan hissəsini MLS təmsilçisində keçirməyə müsbət yanaşdıqları vurğulanıb. Artıq 46 yaşlı funksioner Bekhemin hər iki ulduz futbolçu ilə danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, Ronaldo ötən ildən "Mançester Yunayted"də çıxış edir. Messi isə həmin ildən bəri Fransa PSJ-sinin uğurları üçün çalışır.