- Transfer
- 23:59 29.11.2024
"Sumqayıt" Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçi heyətinə qatıb.
Corner.az-ın məlumatına görə, 30 yaşlı Ukrayna əsilli qokiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Razılığa əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.
Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Qeyd edək ki, bu, Andrey Popoviç daha əvvəl 2011-2012 və 2014-2015-ci illərdə də "Sumqayıt"ın formasını geyinib. 2008 - 2012-ci illərdə Azərbaycanın U-19, U-21 və əsas yığmalarında çıxış etmiş təcrübəli oyunçu "Bakı", "Abşeron" və "Qəbələ" komandalarının da şərəfini qoruyub.
Onun son klubu Ukrayna LNZ-si olub.(report)