“Neftçi”nin keçmiş futbolçusu Keysuke Honda karyerasını bitirməyi planlaşdırmır. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Litvanın “Suduva” klubundan ayrılaraq azad agent statusu alan 35 yaşlı yarımmüdafiəçi yeni komanda axtardığını açıqlayıb.
Hazırda Kamboca millisində də məşqçilik edən yaponiyalı futbolçu, yeni təklifləri dəyərləndirməyə hazır olduğunu bildirib:
“Hələ futbolçu karyeramı bitirməmişəm. Hər gün məşq edirəm, özümü formada saxlayıram. Hansı klubla nə vaxt müqavilə bağlayacağımı bilmirəm. İstənilən vaxt karyeramı bitirə bilərəm. Amma oynamağa davam etmək istəyirəm”.