İngiltərənin Premyer Liqa klubları 2021/22 mövsümündə menecerlərə 272,6 milyon funt-sterlinqdən çox pul ödəyib. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, cari mövsümdə ən çox pul ödəyən klub “Mançester Siti” dir.
Ötən yay Cek Qrilişlə 100 milyon funt-sterlinqə anlaşan və bir neçə ulduz futbolçu ilə müqavilə müddətini uzadan "şəhərlilər" 2 fevral 2021-ci il – 31 yanvar 2022-ci il tarixləri arasında menecerlərə 35 milyon funt-sterlinqdən çox pul ödəyib.
Növbəti pillələrdə 29 milyon funt-sterlinqlə “Mançester Yunayted” və 28,2 milyon funt-sterlinqlə “Çelsi” qərarlaşıb.
“Brentford” 3,5 milyon funt-sterlinqlə menecerlərə ən az xərc çəkən klub olub.
Arsenal – 18.652.818 milyon funt-sterlinq
Aston Villa – 9,557,054
Brentford – 3,499,285
Brayton – 6,244,039
Bernli – 6.005.185
Çelsi – 28.227.858
Kristal Pelas – 8,865,483
Everton – 11.494.820
Lids – 11,396,947
Lester – 12 046 495
Liverpul – 22,136,224
Mançester Siti – 35 046 646
Mançester Yunayted – 29 036 141
Nyukasl – 7,717,687
Norviç – 8,667,246
Sauthempton – 4,941,761
Tottenhem – 13,938,231
Uotford – 12,593,435
Vest Hem – 10,532,927
Vulverhempton – 11.958.945
Ümumi: 272,559,227 milyon funt sterlinq.