- Transfer
- 23:59 29.11.2024
İngiltərənin "Brentford" klubunun futbolçusu Kristian Eriksenlə Premyer Liqanın iki təmsilçisi maraqlanır.
Corner.az "Daily Mail"ə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə "Mançester Yunayted" və sabiq klubu "Tottenhem" yaxından maraqlanır. Sözügedən klubların danimarkalı futbolçu üçün ilk danışıqlara da başladığı vurğulanıb.
Eriksen cari mövsüm yerli çempionatda 4 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2013 - 2020-ci illərdə "Tottenhem"in formasını geyinib.