- Transfer
- 23:56 10.03.2026
Argentinalı hücumçu Mauro İcardinin “İnter”dəki taleyinə aydınlıq gəlib.
Corner.az xəbər verir ki, bu barədə 26 yaşlı futbolçunun həyat yoldaşı və meneceri olan Vanda Nara İtaliya mətbuatına açıqlama verib.O, İcardinin növbəti mövsüm də “İnter”də qalacağını bildirib: “İcardi “İnter” üçün qollar vurmağa davam edəcək. Hazırda arxa planda qalır və ailəsindən güc alır.O, “İnter”lə həmişə yaxşı əlaqədə olub.İcardi, gələcək mövsüm də “İnter”də qalacaq”.
Qeyd edək ki, İtaliya mətbuatı İcardinin karyerasını İspaniya və ya İngiltərədə davam etdirmək istədiyini iddia edirdi.