- Transfer
- 23:56 10.03.2026
"Tottenham"ın futbolçusu Christian Eriksen yayda klubundan ayrıla bilər.
Corner.az "Daily Star"a istinadən xəbər verir ki, "Bayern Munich" 27 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Onunla "Real"ın maraqlandığı iddia olunsa da, ancaq bu mübarizədə əsas favoritin Münhen klubu olduğu bildirilir.
Qeyd edək ki, Eriksenin "Tottenham"la müqaviləsi 2020-ci ilin yayında başa çatır.