Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər futbol üzrə Rusiya Premyer Liqasından 40 legioner ayrılıb. Corner.az xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb.
Moskva “Spartak”ının isveçli hücumçusu Cordan Larsson ölkəni tərk edən sonuncu legionerdir. O, digər əcnəbi oyunçular kimi, FİFA-nın qeyri-transfer pəncərəsi dövründə Rusiya və Ukraynada oynayan legionerlərə müharibə səbəbindən verdiyi azad agent statusundan yararlanıb.
“Krasnodar” isə ən çox legioner itirən klubdur. Bu komandanın bütün əcnəbi üzvləri (7 futbolçu, 6 məşqçi) başqa ölkələrə üz tutub.