4 oktyabr 2026. Bazar günü

Serxio Ramos qərarını verdi


  • Transfer
  • 18:47 05.04.2022
  • Oxunma sayı: 169
Serxio Ramos qərarını verdi
 PSJ-nin müdafiəçisi Serxio Ramos komandadan ayrılmaq niyyətində deyil. Corner.az “RMC Sport”a istinadən xəbər verir ki, ispan futbolçu bu ilin yayında Fransa klubundan ayrılmağı planlaşdırmır.
 
36 yaşlı futbolçu ən azı daha bir mövsüm Paris təmsilçisində qalmaq istəyir.
 
Ramosun adı MLS klubları ilə hallanır.
 
Serxio Ramos 2021-ci ildə “Real”dan ayrılaraq, PSJ-yə transfer olunub.






Transfer