7 aprel 2026. Çərşənbə axşamı

Super Liqa klubu Abramoviç xəbərini təkzib etdi


  • Transfer
  • 10:06 06.04.2022
  • Oxunma sayı: 150
Super Liqa klubu Abramoviç xəbərini təkzib etdi
"Göztəpə"nin vitse-prezidenti Talat Papatia rusiyalı iş adamı Roman Abramoviçin klubu alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Corner.az xəbər verir ki, Super Liqa klubunun rəsmisi iddiaları təkzib edib:
 
“Roman Abramoviç "Göztəpə"ni almaqla bağlı heç kimlə əlaqə saxlamayıb. Onun "Göztəpə"ni almasını bizdə mediadan öyrəndik. Bu xəbərlər doğru deyil. Məsələ ilə bağlı danışıqlar müəyyən spesifikliyə çatdıqda lazımi açıqlamalar veriləcək”. 
 
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Abramoviçə Böyük Britaniya ərazisində işləmək və yaşamaq qadağası qoyulub. Bu səbəbdən "Çelsi"nin səhmləri funksionerdən alınıb və müvəqqəti olaraq klubun xeyriyyə fonduna verilib. 






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi