7 aprel 2026. Çərşənbə axşamı

Balayevin komandası baş məşqçisiz qaldı


  • Transfer
  • 15:19 06.04.2022
  • Oxunma sayı: 137
Balayevin komandası baş məşqçisiz qaldı

Azərbaycan millisinin futbolçusu Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Turan" klubu baş məşqçisi Vladimir Qazzayevlə yollarını ayırıb.

Corner.az klubun rəsmi instaqram hesabına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsi ailə vəziyyəti ilə əlaqədar hər iki tərəfin razılığı əsasında vaxtından əvvəl ləğv edilib.

Onu bu postda köməkçisi Kuanış Kabdolov əvəzləyib.

Qeyd edək ki, Emil Balayev martın 4-də "Turan"la müqavilə imzalayıb. Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov Vladimir Qazzayevin məşqçilər korpusunda yer alıb.

Çempionatda 4 turdan sonra 3 oyun keçirən "Turan" 1 xalla 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi