4 iyul 2026. Şənbə

Neftçi'nin sabiq futbolçusu Polşa klubunda


  • Transfer
  • 10:17 07.04.2022
  • Oxunma sayı: 148
Neftçi'nin sabiq futbolçusu Polşa klubunda

"Neftçi" klubunun sabiq futbolçusu Kirill Petrov övladları ilə birlikdə Ukraynadan ayrılıb.

Corner.az-ın məlumatına görə, "Kolos"da çıxış edən 32 yaşlı müdafiəçi Polşanın "Korona" klubu ilə müqavilə imzalayıb.

Petrov mövsümün sonunadək bu komandanın uğurları üçün çalışacaq.

Petrov bir aya yaxındır ki, müharibə ilə əlaqədar ölkəsindən ayrılıb.

"Kolos"da Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev də çıxış edir.

Qeyd edək ki, 2017 - 2019-cu illərdə "Neftçi"də oynamış Kiril Petrov 2014-cü ildə "Korona"nın uğurları üçün çalışıb.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır