4 iyul 2026. Şənbə

Zirə'nin sabiq futbolçusu müharibəyə görə bu kluba keçdi


  • Transfer
  • 10:21 07.04.2022
  • Oxunma sayı: 143
Zirə'nin sabiq futbolçusu müharibəyə görə bu kluba keçdi

"Zirə"nin sabiq futbolçusu Velves Santos Ukraynadakı müharibə səbəbindən "Lvov" klubundan ayrılıb.

Corner.az xəbər verir ki, 21 yaşlı hücumçu Estoniyanın "Nomme Kalyu" klubuna keçib. Braziliyalı futbolçu cari mövsümün sonunadək icarə əsasında Tallin təmsilçisində çıxış edəcək.

Keçidi ilə bağlı təəssüratlarını bölüşən gənc futbolçu yaradılan şəraitə görə "Nomme Kalyu" rəhbərliyinə təşəkkür edib. O, Ukraynada baş verən hadisələrin dəhşətli olduğunu bildirib.

Qeyd edək ki, cari mövsümün ilk yarısında "Zirə"də icarədə olan Velves Santos cəmi 2 oyunda "qartallar"ın formasını geyinib.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır