- Transfer
- 23:59 29.11.2024
İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Braziliya milli komandasına rəhbərlik edə bilər.
Corner.az "Marca"ya istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis "sambaçı"ların sükanı arxasına keçməyə əsas namizəd hesab olunur.
İspaniyalı baş məşqçinin bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra millidə çalışacağı iddia edilib. Braziliya Futbol Federasiyasının Qvardiola və nümayəndələri ilə əlaqə saxladığı və ona 2026-ci ilədək müqavilə təklif etdiyi bildirilib. Qvardiola yığmada işləməyə razılıq versə, illik 12 milyon avro qazanacaq.
Qeyd edək ki, hazırda Braziliya millisini Tite çalışdırır.