4 iyul 2026. Şənbə

Neftçi onunla yollarını ayırır


  • Transfer
  • 10:31 08.04.2022
  • Oxunma sayı: 160
Neftçi onunla yollarını ayırır
"Neftçi" futbolçusu Huqo Basto ilə yollarını ayırır.  Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin bildirib ki, hazırda bu istiqamətdə proses gedir.
 
Əsas heyətə düşməkdə çətinlik çəkən portuqaliyalı müdafiəçinin ölkəsinin klublarından birinə keçəcəyi gözlənilir. Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi "Tondela" 29 yaşlı oyunçunun xidmətində maraqlıdır (report).
 
Qeyd edək ki, Huqo Basto ötən ilin iyulundan "Neftçi"nin formasını geyinir. Onun "ağ-qaralar"la 2023-cü ilin yayınadək müqaviləsi var.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır