“Barselona”nın prezidenti Xuan Laporta “Bavariya”nın hücumçusu Robert Levandovskinin meneceri Pini Zahavi ilə görüşüb. Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti ilə 33 yaşlı futbolçunun agenti arasındakı görüşün müsbət keçdiyi bildirilir.
Məlumatda, Levandovskinin “Barselona”ya keçməyə müsbət yanaşdığı və İspaniya nəhəngi ilə 3 illik müqavilə bağlamağa razı olduğu qeyd olunub. Əgər razılıq əldə olunarsa Levandovskinin Bundesliqa təmsilçisi ilə 1 illik müqaviləsi olduğu üçün 60 milyon avro ödəyəcəyi vurğulanıb.
Qeyd edək ki, polşalı futbolçu 2014-cü ildən “Bavariya”da forma geyinir.