4 iyul 2026. Şənbə

Ərəblərdən onun üçün 10 milyon


  • Transfer
  • 17:39 08.04.2022
  • Oxunma sayı: 165
Ərəblərdən onun üçün 10 milyon

"Qalatasaray"ın futbolçusu Mustafa Məhəmməd karyerasını Səudiyyə Ərəbistanda davam etdirə bilər.

Corner.az xəbər verir ki, sözügedən ölkənin "Əl-Nəsr" klubu 24 yaşlı hücumçunu transfer etmək istəyir. Ərəblər misirli futbolçunun keçidi üçün İstanbul klubuna 10 milyon avro ödəməyə hazırdır. Bu barədə Misir mediası məlumat yayıb.

Mustafa ilə Fransanın "Lill", "Lion" və "Marsel" klubları yaxından maraqlanır.

Onun"cim-bom"la müqaviləsi  2025-ci ildə başa çatır.

Qeyd edək ki, Məhəmməd bu mövsüm 36 matçda 7 qol və 5 məhsuldar ötürmə edib.








Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır