Almaniyanın “Bavariya” klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirməyə hazırlaşır. Corner.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi “Ayaks”ın futbolçusu Rayan Qravanberxlə şəxsi razılıq əldə edib.
Niderland təmsilçisi 19 yaşlı yarımmüdafiəçinin transferi üçün Bundesliqa nəhəngindən 35 milyon avro istəyir. Danışıqların davam etdiyi bildirilir.
Qravenberx “Ayaks”la 2023-cü ilin yayında başa çatacaq müqaviləsini uzatmamağa qərar verib. O, bu mövsüm “Ayaks”da 38 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.